“Sumqayıt” futbol klubunun rəqibi cəzalandırılıb.
Sumqayit24.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında aşağı liqalarda yaşanan neqativ hallara baxılıb. AFFA U-16 Liqasında keçirilən “Sumqayıt” FK - “Zirə” PFK oyununda qonaqların futbolçusu Fərid Şahverdiyev 90+1-ci dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən o, 4 oyunluq cəzalandırılıb.