Cüdo üzrə Sumqayıt şəhər çempionatına start verilib. Sumqayıt24 bu haqda 17 iyun tarixində Cüdo Federasiyasına istinadən xəbər verir.
Yarış Olimpiya İdman Kompleksində keçirilir. Burada 14 çəki dərəcəsində 23 yaşadək 127 idmançı qadın və kişi idmançı medallar uğrunda mübarizə aparır.
Qeyd edək ki, qaliblər 12-14 iyul tarixlərində keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaq.