Sumqayıtda final oyunu keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final matçının keçiriləcəyi stadion məlum olub. Qarşılaşma 1 iyun tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Oyunun başlama saatı və digər detallar barədə Peşəkar Futbol Liqasının rəsmi saytında əlavə məlumat yerləşdiriləcək.