Sumqayıtda "İnklüziv Veloyürüş" baş tutacaq. Sumqayıt24 bu barədə Azərbaycan Əlil Velosipedçilər Klubunun sosial şəbəkə hesabına istinadən xəbər verir.
Ulu öndər Heydər Əliyevin 99 illiyinə həsr olunmuş veloyürüş sabah, 13 may tarixində təşkil olunacaq. Burada həm yeniyetmələr, həm də gənc və böyüklər iştirak edə biləcək.
Başlama vaxtı 12:00;
Məkan: Sumqayıt şəhəri, Dənizkənarı Bulvar.