Futbol üzrə millimizin Sumqayıtda keçirəcəyi oyunun başlama vaxtı açıqlanıb. Sumqayıt24 bu haqda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, 21 yaşadək futbolçulardan ibarət komandamız Avropa çempionatının seçmə mərhələsində Estoniya yığması ilə qarşılaşacaq. Oyun 25 mart tarixində, şəhərimizin “Kapital Bank Arena” stadionunda baş tutacaq. Matçın başlama vaxtı saat 19:00-a müəyyən edilib.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan yığması 6 oyundan sonra 1 xalla 5-ci pillədə, 7 oyundan sonra xalı olmayan Estoniya isə sonuncu 6-cı sırada yer alıb.