Sumqayıtda keçiriləcək Azərbaycan Kubokunun final matçına 5000-dən çox bilet satılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ"la "Sabah" arasında oyun 31 may saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.