Sumqayıtda kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Sumqayıt şəhər birinciliyi keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnir 2-4 may, saat 10:00 Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.