Sumqayıtda idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə şəhər kuboku keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol üzrə şəhər kuboku 9-13 may tarixlərində, hər gün saat 17:00-da “Kapital Bank” Arena stadionunda təşkil olunacaq.
Turnir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilir.