Muay Tay üzrə Sumqayıt şəhər nümayəndəliyinin açıq birinciliyi keçirilib. Bu haqda bu gün, 28 may tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan yarış 28 May - Müstəqillik Gününə həsr edilib. Birincilikdə Sumqayıt şəhərindən və digər bölgələrdən 8-15 yaş arası gənclər iştirak edib.
106 idmançının qatıldığı birinciliyin qalibləri Fəxri fərman və kuboklar ilə təltif ediliblər.