"Sumqayıt" basketbol klubunun məşqçilər korpusunda struktur dəyişikliyi baş tutub.
Sumqayit24.az xəbər verir ki, Vadim Kuramşın komandanın baş məşqçisi postuna təyin olunub. Aleksandr Mixaylov isə onun köməkçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, klub Vadim Kuramşın ilə müqaviləni sentyabr ayında yeniləyib.