“Sumqayıt” futbol klubu qarşıdakı günlərdə daha 2 transfer edəcək.
Sportinfo.az-ın məlumatına görə, rəhbərlik iki mövqe üzrə danışıqlar aparır.
“Kimyaçılar” müdafiə və hücum xətlərini gücləndirmək niyyətindədir və yeni gələnlərin əcnəbi olacağı bildirilib.
Qeyd edək ki, “Gənclik şəhəri” təmsilçisi bu yay 8 transfer edib.