"Sumqayıt" klubunun sabiq futbolçusu Ukraynada çıxış edəcək. Sumqayıt24 bu haqda 2 iyul tarixində xəbər verir.
Məlumata görə, “kimyaçılar” ilə yolunu ayıran 27 yaşlı müdafiəçi Dmitri Nağıyev "İnqulets" klubu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçumuz Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade"-də və Azərbaycanın U-21 millisində çıxış edib.