Sumqayıt”ın sabiq futbolçusu Momo Yansanenin yeni klubu məlum olub.
Sumqayit24.az xəbər verir ki, qvineyalı oyunçu Kiprin “Omoniya” (Aradipu) komandasına transfer olunub.
28 yaşlı hücumçu ilə bağlanacaq müqavilənin detalları açıqlanmayıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayından Sumqayıt təmsilçisinin formasını geyinən Momo Yansane yay fasiləsində komandadan ayrılıb.