“Sumqayıt” futbol klubu antirekorda imza atıb.
Sumqayit24.az xəbər verir ki, Premyer Liqanın ilk yarısında ən çox sarı və qırmızı vərəqə alan komandalar bəlli olub. Sarı vərəqələrə əsasən siyahının ilk pilləsində "Sumqayıt" kollektivi qərarlaşıb.
"Gənclik şəhəri" təmsilçisinin üzvləri 18 matçda 46 dəfə belə halla üzləşiblər.