"Sumqayıt" FK ilə "Bandırmaspor" klubu arasında yoxlama oyunu keçiriləcək. Bu haqda bu gün, 20 iyul tarixində Sumqayıt24 xəbər verir.
Klubumuz 2022/23 mövsümü üçün hazırlıq çərçivəsində qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək. Futbolçularımız Türkiyənin 1-ci Liqa təmsilçisi "Bandırmaspor"la üz-üzə gələcək.
Oyun bu gün Bakı vaxtı ilə saat 17:00-da Boluda start götürəcək.