Sumqayıtı təmsil edən komanda "Avropa futbol həftəsi" seçmə yarışının qalibi olub. Sumqayıt24 bu haqda Azərbaycan Xüsusi Olimpiya Komitəsinə istinadən xəbər verir.
Şağan Olimpiya İdman Kompleksində təşkil olunan birincilik 3 divizionda keçirilib. Nəticədə, ən güclü divizionda Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın komandası 1-ci yeri tutub.