Sərbəst və yunan-Roma güləşi üzrə turnirin final mərhələsi keçirilib. Bu barədə 10 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş yarışda 312 gənc mübarizə aparıb. Qrup mərhələsi Bakı, Abşeron, Ağcabədi, Göygöl, Qəbələ, Astara və Kürdəmirdə, final yarışları isə yalnız Bakı şəhərində təşkil olunub.
Tədbirdə sərbəst güləş üzrə ikinci yeri tutan Tural Bayramov (77 kq/YAP Sumqayıt) diplom, medal və xatirə hədiyyələri ilə təltif olunub.
Qeyd edək ki, 72 kq çəki dərəcəsində qalibləri YAP idarə heyətinin üzvü, Sumqayıtın dairə deputatı Tahir Mirkişili təltif edib.