top
“Sumqayıt”ın baş məşqçisi: “Yüksək yerlər uğrunda mübarizə aparmaq hədəfimdir”- MÜSAHİBƏ
31 iyul 2025, 04:48
- ↺ +

“Sumqayıt”ın baş məşqçisi: “Yüksək yerlər uğrunda mübarizə aparmaq hədəfimdir”- MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sumqayıt" yeni mövsümün hazırlığını Qəbələdə davam etdirir.

"Kimyaçılar"ın baş məşqçisi Saşa İliç Sportal.az saytına müsahibə verib. Serbiyalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib, komandanın hədəfləri barədə danışıb.

Sumqayit24.az sözügedən müsahibəni təqdim edir:

- Komandanın yeni mövsümə hazırlığı necə gedir?

- Məşq etmək üçün Sumqayıtda da, Qəbələdə də hər şey yüksək səviyyədədir. Hər şeydən məmnunam.

- Transferlər olacaq?

- Rəhbərliklə mütəmadi olaraq əlaqədəyik. Bəzi transferlər lazımdır. Axtarışlar davam edir. Rəhbərliklə bu barədə danışırıq.

- Neçə legionerə ehtiyacınız var?

- 12 legioner bizə bəs edəcək. Artıq rüsum ödəyib, 13-14-cünü gətirmək lazım olmayacaq.

- Bəzi komandalar 10 legioner gətirəcək və ikisini qışa saxlayacaq...

- Mənə görə 12 nəfər indidən gəlsə, daha yaxşıdır. Qışda necə olacağını bilmək olmaz.

- Artıq komandanız yoxlama görüşlərinə çıxıb. Oyun fəlsəfənizi komandaya aşılaya bilmisiniz?

- 12-15 gündür ki, burdayıq. Nəyisə aşılamaq üçün az vaxtdır. Amma gündən-günə inkişaf etmək istəyirik. Mənə görə çempionata qədər bir şeyə nail olarıq, hazır olarıq.

- Qarşınıza hansı hədəf qoyulub?

- Mənə görə, baş məşqçi olaraq, öz hədəfim də var, yüksək yerlər uğrunda mübarizə aparmaq. Heyət formalaşmalıdır. Görəcəyik.

- Bir illik müqavilə imzalamısınız. Onun hansı müsbət və mənfi tərəfləri var?

- Biz bura gəlmişiksə, nəsə dəyişməyə gəlmişik. Ən azından keçən ilkindən daha yaxşı olmalıyıq. Hətta ondan da daha yaxşı hədəflərimiz var. Sumqayıt şəhəri və klubda işləyənlər üçün komandanı ən yaxşı yerlərə aparmaq istəyirik.

- Futbolçu olaraq "Qalatasaray"da oynamısınız. Azərbaycanda "Qalatasaray" azarkeşləri çoxdur. Onlara mesajınız var?

- Son illərdə "Qalatasaray" çempionluqlar qazanır. Bu mövsüm də Çempionlar Liqasında oynayacaqlar. Onlara uğurlar arzulayıram. Orada dostlarım çoxdur. Sadəcə onlara və fanatlarına uğurlar arzulayıram.

- Bu məqama görə, "Sumqayıt"a gəldikdən sonra sosial şəbəkələrdə və ya canlı olaraq, sizə xüsusi simpatiyanın olduğunu hiss edirsiniz?

- Demək olar ki, heç bir problem yoxdur. Burada xoş qarşılandım. Hər şeydən məmnunam.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər