“Sumqayıt” FK-nın futbolçusu festivalda 3-cü yeri tutub. Bu haqda 17 aprel tarixində Sumqayıt24 Futbol Akademiyasına istinadən xəbər verir.
AFFA-nın təşkilatçılığı ilə keçirilən “Bacarıqlar yarışması festivalı” “ASCO Arena”da baş tutub. Turnirə Peşəkar Futbol klublarının AFFA U-12 Liqasında iştirak edən komandalarının futbolçuları dəvət olunublar. İştirakçılar 5 kateqoriya üzrə mərhələlərdən keçiblər. “Sumqayıt” FK-nın futbolçusu Murad Məmmədov festivalın 3-cü sırasına layiq görülüb.