top
“Sumqayıt”ın futbolçusu: Samir Abasov mənə güvənmirdi, özümü sübut etdiyimi düşünürəm
09 dekabr 2024, 01:20
- ↺ +

“Sumqayıt”ın futbolçusu: "Samir Abasov mənə güvənmirdi, özümü sübut etdiyimi düşünürəm"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sumqayıt” futbol klubunun hücumçusu Kamran Quliyev “Neftçi” ilə matçda qələbə qolunun müəllifi olub.

Sumqayit24.az xəbər verir ki, 23 yaşlı futbolçu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Misli Premyer Liqasının 16-cı turunda “Neftçi”ni məğlub etdiniz. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?

- “Neftçi”yə qarşı oynamaq həmişə çətin olub. Çünki tarixi klublarımızdan biridir. Nə qədər eniş dövrü yaşasa da, flaqmanımızdır. Çox sevinirik ki, azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində qələbə qazandıq. Fanatlar bu gün həqiqətən də 12-ci oyunçu oldular.

- “Sumqayıt” üçün ilin son ev oyununda qələbə nə qədər vacib idi?

- Oyunlar arasında fərq qoymuruq. Hamısına eyni cür hazırlaşırıq. İlin son ev oyununda azarkeşlərimizi sevindirdiyimiz üçün çox şadıq.

- “Neftçi”yə qol vurmaq necə hissdir?

- Tək “Neftçi”yə yox, həmişə qol vuranda sevinirəm. Çünki hücumçuyam. “Neftçi”yə qol vuranda isə ikiqat yox, üçqat sevindim.

- Mövsümdə üçüncü dəfə qol vurdunuz. Maraqlıdır ki, 5 turdan bir fərqlənirsiniz. Bu, nə ilə bağlıdır?

- Mövsümün əvvəlində meydançaya çıxmaq üçün çox şansım olmayıb. Səbəbi budur. Futbolçu nə qədər çox oynasa, özünə inamı bir o qədər artar. Mən də əlimdən gələni edirəm ki, komandama faydalı olum. Qol vurdum, ya vurmadım, əsas komandamızın qələbəsidir.

- Samir Abasov amili “Neftçi” ilə matçda motivasiyanızı artırmışdı?

- Uşaqları deyə bilmərəm, amma mənim üçün bu məqam rol oynadı. Çünki “Sumqayıt”da işləyərkən mənə güvəni yox idi. Çıxıb qol vurduğum üçün çox sevincliyəm. Özümü sübut etdiyimi düşünürəm.

- Qarşıda “Sumqayıt”ı 2 səfər oyunu gözləyir. “Qarabağ” və “Kəpəz”lə matçlardan gözləntiləriniz nədir?

- Hələ ki, 2 günlük istirahətdəyik. Dincələk, qayıdandan sonra qarşıdakı matçlar barədə düşünəcəyik. İstənilən halda hər iki matça da qələbə üçün çıxacağıq.

- Necə düşünürsünüz, belə davam etsə, sizi tezliklə millidə görə bilərik?

- Hər bir futbolçunun arzusudur ki, millinin şərəfini qorusun. Bu, mənim də ən böyük arzularımdan biridir. Son pillə milliyə çağırılmaqdır. Mən də istərdim sonuncu pilləyə doğru addımlayım və orada qalım.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 26-cı günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Bütün xəbərlər
Dünən, 18:00

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Dünən, 17:20

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi - YENİ ŞƏRTLƏR

Bütün xəbərlər
Dünən, 16:54

Babək küçəsində iki maşın toqquşub

Bütün xəbərlər
Dünən, 16:40

"Gold Qayalı"nın əməkdaşları 105 min manatlıq siqaret oğurladılar

Bütün xəbərlər
Dünən, 16:06

İstilik mövsümü bu tarixdə başlayacaq

Bütün xəbərlər
Dünən, 15:30

Pis qoxu, həşəratlar, çirkab sulara qərq olmuş zirzəmi

Bütün xəbərlər
Dünən, 15:10

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanıb

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - RƏSMİ

Bütün xəbərlər
Dünən, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Dünən, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Dünən, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Dünən, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Dünən, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Dünən, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Dünən, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
20 oktyabr 2026, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
20 oktyabr 2026, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
20 oktyabr 2026, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Oxşar xəbərlər