Sumqayıt idmançısı dünyamiqyaslı yarışa qatılacaq.
Sumqayit24.az xəbər verir ki, 1-2 fevral tarixlərində Fransanın paytaxtı Parisdə “Böyük Dəbilqə” turniri keçiriləcək. Azərbaycanı birincilikdə təmsil edəcək cüdoçuların arasında məşhur idmançılar ailəsinin üzvü Ömər Rəcəbli də var. O, -81 kq çəki dərəcəsində mübarizə aparacaq.