“Sumqayıt" klubunun kapitanı, yarımmüdafiəçi Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.
Sumqayit24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar sabah "Turan Tovuz"la oyunun startından öncə bir sıra tədbirlər keçiriləcək. “Kimyaçılar” bütün azarkeşlərini kapitanın son matçında gözləyir.
Qeyd edək ki, qarşılaşmaya giriş biletsiz olacaq.