“Sumqayıt”ın sabiq müdafiəçisi futboldan ömürlük kənarlaşdırılıb. Sumqayıt24 bu haqda 27 aprel tarixində Report.az-a istinadən xəbər verir.
Söhbət 29 yaşlı Qvanzav Maqomedovdan gedir. İddiaya görə, Rusiyanın "Yesentuki" komandasının sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş "Salyut” (Belqorod) - "SKA-Xabarovsk-2" (3:1) görüşünün nəticəsini manipulyasiya ediblər.
Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.