"Sumqayıt" basektbol klubunun baş məşqçisi Vadim Kuramşın “Ordu”ya qarşı keçirdikləri oyunla bağlı açıqlama verib.
Sumqayit24.az həmin açıqlamanı təqdim edir:
"Bütün uşaqları təbrik edirəm. Meydanda olan hamı möhtəşəm oynadı. Əsl komanda oyunu sərgilədik. Yeni oyun qurucumuzun gəlişi işimizə yaradı. Saadettin Donat da az fol etməklə öz işinin öhdəsindən məharətlə gəldi. Müdafiədə əla idi. 41 xal toplayan Zayon Yanq da əla snayper olduğunu bir daha sübut etdi. Amma digərləri də məhsuldar oynadılar. Ümid edirəm ki, ardıcıl qələbələrlə turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracağıq".