“Sumqayıt” FK Misli Premyer Liqasındakı qolsuz oyunlar seriyasını 5-ə çatdırıb. Sumqayıt24 bu barədə 5 sentyabr tarixində Pfl.az-a istinadən xəbər verir.
Komandamız 5-ci turda “Neftçi”nin qapısına yol tapa bilməyib və matç 0:3 hesabı ilə yekunlaşıb. “Gənclik şəhəri” bu mövsüm qol vurmayan yeganə komandadır. Ümumiyyətlə, son 7 mövsümdə ilk dəfədir ki, bir komanda startdakı 5 qarşılaşmada qol vura bilməyib.