Misli Premyer Liqasında sonuncu - 36-cı turun cədvəli açıqlanıb. Sumqayıt24 bu haqda 23 may tarixində Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir.
Elitada yerini qoruyan “Sumqayıt” klubu “Zirə”ni qəbul edəcək. Matç 27 may saat 17:30-da “Kapital Bank Arena” stadionunda keçiriləcək.
Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.