"Sumqayıt"dan ayrılan Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sərtan 1-ci Liqada mübarizə aparan "Serik Belediyespor"a keçib.
Qeyd olunub ki, 27 yaşlı sağ cinah müdafiəçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.