“Sumqayıt” futbol klubunun üzvü rəmzi komandaya düşüb.
Sumqayit24.az xəbər verir ki, “SofaScore” platformasına görə Azərbaycan çempionatında mövsümün rəmzi komandasında “kimyaçılar”ın qolkiperi Mehdi Cənnətov da yer alıb.
Bundan başqa, heyətə “Qarabağ”dan 4, “Araz-Naxçıvan” və “Zirə”dən 2, “Şamaxı” və “Səbail”dən isə 1 futbolçu düşə bilib.
