Yüksək Qızlar Liqasında 2024/25 mövsümünə start verilib.
Sumqayit24.az xəbər verir ki, "Sumqayıt" klubu ilk turda "Kapital Bank Arena"nın ehtiyat meydançasında Zaqatalanın "Dirçəliş" kollektivi ilə üz-üzə gəlib. “Gənclik şəhəri” təmsilçisi rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”ın heyətində qolları Ləman Mustafazadə, Lamiyə Əlizadə, Röya Əliyeva və Nurçin Tarverdizadə vurublar.