AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Sumqayit24.az xəbər verir ki, AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb. 12 klubun iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək. AFFA Yüksək Qızlar Liqasında I turun oyunları 9-12 oktyabr aralığında keçiriləcək.
Püşkün nəticəsində əsasən, “Sumqayıt” klubu I turda "Təhsil" kollektivini qəbul edəcək.