top
“Sumqayıt”ın rəqibi: Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik
15 sentyabr 2025, 05:58
- ↺ +

“Sumqayıt”ın rəqibi: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İmişli" Misli Premyer Liqasının IV turunda, "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçunun meydana buraxılmasına görə texniki məğlubiyyətlə üzləşərsə, apellyasiya şikayəti verəcək.

Bunu Report.az-a açıqlamasında bölgə klubunun icraçı direktoru Aqşin Mürsəlov deyib. O, xoşagəlməz hadisəni bu cür şərh edib:

"İbrahim Əliyevin adı protokolda olmasa da, bütün tərtib olunan siyahılarda yer alıb. Araşdırıb baxsınlar, bu futbolçunun heç bir cəzası və meydana çıxmaqla bağlı qadağası yoxdur. Sadəcə, yekun heyət göndərilərkən, onun adı düşməyib. Fikrimcə, həmin vaxt internetdə yaranan problemə görə belə hal yaşanıb. Təəssüf hissi keçiririk. 90 dəqiqə ərzində qalib gəldiyimiz matça görə 0:3 hesablı texniki məğlubiyyət almaq istəmirik. Belə bir hal baş verərsə, apellyasiya şikayəti verəcəyik. İstəyimiz odur ki, məsələyə ədalətli baxılsın. Bu bir qəza idi, baş verdi".

Klub rəsmisi yaranmış vəziyyətə görə özünü günahkar bilib:

"İstənilən halda, məsuliyyət mənə aiddir. Protokol hazırlanır və ən sonda mənə gəlir, mən də baxdıqdan sonra təsdiq verirəm. Yenə deyirəm, belə bir hal yaşanmamalı idi. Baş veribsə, məncə, ədalətli yanaşılmalıdır. Bu, bilərəkdən baş verməyib. Üstəlik, həmin futbolçunun heç bir cəzası yoxdur. Sadəcə, yanlışlıqla adı siyahıya salınmayıb".

Qeyd edək ki, "Sumqayıt"la qarşılaşan "İmişli" 1:0 hesablı qələbə qazanıb. Lakin Aran təmsilçisi adı protokolda olmayan futbolçunu -  İbrahim Əliyevi meydana buraxdığı üçün AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı texniki məğlubiyyət alacaq.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Bu gün, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Bu gün, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Bu gün, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Bu gün, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Oxşar xəbərlər