“Sumqayıt” – “Səbail” matçına bir gün qalıb.
Sumqayit24.az xəbər verir ki, sözügedən klublar ölkə çempionatı tarixində 28 oyun keçirib. Duellərin 17-dən “Sumqayıt”, 8-dən isə rəqib komanda qalib çıxıb. Qalan 3 qarşılaşma sülhlə bitib.
“Kimyaçılar” vurulan qolların statistikasında da öndədir - 38:21.
Son 5 oyunun nəticələrini təqdim edirik:
26.10.24 - “Səbail” – “Sumqayıt” - 0:1;
17.08.24 - “Sumqayıt” – “Səbail” - 2:1;
12.05.24 - “Sumqayıt” – “Səbail” - 2:1;
08.03.24 - “Səbail” – “Sumqayıt” - 0:1;
23.12.23 - “Sumqayıt” – “Səbail” - 1:0.
Qeyd edək ki, komandalar Misli Premyer Liqasının 19-cu turu çərçivəsində yanvarın 18-də saat 18:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gələcəklər.
Biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən və stadionun kassasından əldə etmək mümkündür. Qiymətlər sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manat təşkil edir.