"Sumqayıt" futbol klubunun apellyasiya şikayəti təmin edilməyib.
Sumqayit24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Milli assosiasiyanın İntizam Komitəsinin Gənclər Liqasında "Sumqayıt" komandasının baş məşqçisi Kənan Hacıyevə verdiyi 5 oyunluq cəza qüvvədə saxlanılıb.
Xatırladaq ki, mütəxəssis "Zirə" ilə matçda hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətmişdi.