Hələ də baş məşqçi postu vakant olan “Sumqayıt” susqunluğa son qoyur. “Kimyaçılar” yaxın iki gün ərzində yeni təyinatı açıqlamalıdır.
Futbolinfo.az-ın məlumatına görə, yeni baş məşqçinin əcnəbi olacağı dəqiqdir. Onun adını gizli saxlayan klub rəhbərliyi həftə bitməmiş təyinatı yekunlaşdırmaqda qərarlıdır.
Yeni baş məşqçi ilə müqavilə imzalandıqdan sonra transfer çalışmalarına başlanılacaq. Klubdan aldığımız bilgiyə görə, bu baxımdan iş gedir, məşqçi gəldikdən sonra keçidlər rəsmiləşəcək.
Xatırladaq ki, “Sumqayıt” mövsüm bitən kimi Vaqif Cavadovu istefaya göndərib.