top
“Sumqayıt”ın zədəli müdafiəçisi: “Komandama kömək edə bilməmək asan deyil”
25 fevral 2025, 03:50
- ↺ +

“Sumqayıt”ın zədəli müdafiəçisi: “Komandama kömək edə bilməmək asan deyil”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sumqayıt” futbol klubunun müdafiəçisi İsa Sulimanın futbolinfo.az saytına müsahibəsi

– Zədə ilə əlaqədar olaraq, uzun müddətdir ki, “Sumqayıt”a kömək edə bilmirsiniz. Hazırda vəziyyətiniz necədir?

– Vəziyyətim gündən-günə yaxşılaşır. Ən qısa zamanda yaşıl meydanlara qayıtmaq üçün hər gün dayanmadan çalışıram.

– Cari mövsümün sonunadək sizi yaşıl meydanlarda görə biləcəyik?

– Mən də buna ümid edirəm. Gücüm daxilində görməli olduğum çox iş, çatmaq istədiyim məqsədlər var. Mövsümün sonuna qədər sıralara dönəcəyimə ümidliyəm.

– “Sumqayıt” qış fasiləsindən sonra qələbə qazana və qol vura bilmir. Bunun səbəbini nədə görürsünüz?

– Komandamız üçün çətin məqamdır. Amma düşünürəm ki, tezliklə vəziyyəti dəyişə biləcəyik. Çünki komandanın hər bir üzvü məşqlərdə əlindən gələni edir, var gücü ilə çalışır.

– Yəqin ki, çətin vəziyyətində “Sumqayıt”a kömək edə bilməmək sizi ikiqat üzür…

– Elədir ki, var. Komandanın mübarizəsini kənardan izləmək və bu durumda kömək edə bilməmək mənim üçün asan deyil. Ancaq zədələr də futbolun bir hissəsidir. Buna görə də səbirli olmalıyam. Ümid edirəm ki, tezliklə komandaya kömək edə biləcəyəm.

– “Sumqayıt”ın növbəti oyunu Azərbaycan Kubokunda “Sabah”a qarşı olacaq. Bu görüşdən gözləntiniz nədir? “Sumqayıt” yarımfinala adlaya biləcək?

– Çox çətin matç olacaq. “Sabah” güclü rəqibdir. Bu cür kubok oyunlarında liqadakı vəziyyətiniz o qədər də rol oynamır. Çünki bir oyunçu kimi bunun yarımfinala yüksəlmək üçün tək şans olduğunu dərk edirsiniz. Buna görə də əminəm ki, müsbət nəticə üçün komandanın hər bir üzvü əlindən gələni edəcək.

– “Sumqayıt” hazırda Premyer Liqada 7-ci pillədə qərarlaşıb və sonuncu yerin sakinini cəmi 4 xal qabaqlayır. Sizcə, Premyer Liqanı tərk etmək təhlükəsi futbolçuların üzərindəki təzyiqi daha da artırırmı?

– Bəli, təzyiqi artırır. Ancaq biz belə düşünə bilmərik. Çünki bütün diqqəti çıxışımıza və qələbə qazanmağa yönəltməliyik. Bunu bacarsaq, hazırkı vəziyyətdən çıxacağıq.

– Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparacaq. Bundan əlavə, yeni sezondan etibarən legioner limitinin də ləğvinə qərar verilib. Bir əcnəbi futbolçu kimi, son qərarlara münasibətiniz necədir?

– Yeni qərarlar liqanın marağını artıracaq. Şəxsən mən çempionatda komanda sayı artacağına görə sevinirəm. Çünki bu, fərqli oyun tərzinə malik daha çox futbolçuya qarşı oynamaq və özünü sınamaq şansıdır.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 11:20

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Oxşar xəbərlər