“Sumqayıt” futbol klubu və “Qarabağ” bu günədək ölkə çempionatında 38 dəfə qarşılaşıblar. Sumqayıt24 bu haqda 12 may tarixində xəbər verir.
Məlumata görə, oyunların 28-də Ağdam klubu, 5-də “kimyaçılar” qalib gəlib, qalan 5 matç bərabərliklə yekunlaşıb. Topların nisbətində isə Sumqayıt təmsilçisi geridə qalır - 18:86.
Xatırladaq ki, bu gün kollektivlər arasında sayca 39-cu oyun baş tutacaq.