“Sumqayıt”dan ayrılan futbolçu digər klubla anlaşıb. Sumqayıt24 bu haqda 30 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Söhbət 25 yaşlı Eltun Turabovdan gedir. O, "Turan Tovuz" klubuna transfer olunub. Müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Turan Tovuz" qarşıdakı mövsümdən Premyer Liqada “kimyaçılar”ın rəqibi olacaq.