Ağır Atletika Federasiyasında yeni təyinat olub. Sumqayıt24 bu haqda federasiyanın Facebook səhifəsinə istinadən xəbər verir.
Beləliklə, İdarə Heyətinin iclası zamanı qəbul olunan qərara əsasən, Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçi vəzifəsini icra edəcək.
Emil Əliyev 31 avqust 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. O, uzun müddət milli komandada idmançı kimi çıxış edib. Dəfələrlə ölkə çempionu, beynəlxalq yarışların iştirakçısı və medalçısı olub. Həmçinin, idmançımız 3 qat Avropa çempionu, Dünya Kubokunun sahibi və dünya çempionatının gümüş medalçısıdır.