Cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku keçirilib. Sumqayıt24 bu haqda 9 may tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə (GİBİ) istinadən xəbər verir.
Yarış Göygöl Olimpiya İdman Kompleksində baş tutub. Millinin tərkibində çıxış edən, Sumqayıt cüdo məktəbinin yetirmələri Nihad Məmişov (50 kq) və Nigar Məmişova (40 kq) bütün rəqiblərini udaraq qızıl medallara sahibləniblər. Digər idmançımız Rəsul Səmədli (+90) isə bürünc medala layiq görülüb.
Onların məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi İlham Məmmədovdur.