Sumqayıtlı basketbolçular "Məktəblilərin Respublika birinciliyi" adlı zona turnirinin final mərhələsinə vəsiqə qazanıblar.
Sumqayıt24-ün məlumatına görə, Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə keçirilən yarışda oğlanlar və qızlar mübarizə aparırlar.
Belə ki, sonuncu mərhələnin nəticəsinə görə, "Şimal-Şərq" bölgəsi üzrə oğlanlardan Sumqayıt və Şabran, qızlardan ibarət isə - Sumqayıt və Abşeron komandaları turnirin finalına vəsiqə qazanıblar.