Sumqayıtlı boksçu qardaşlar beynəlxalq turnirə qatılacaqlar. Sumqayıt24 bu haqda bu gün, 14 iyun tarixində Boks Federasiyasının saytına istinadən xəbər verir.
Gürcüstanın Qori şəhərində keçiriləcək turnirdə yığmamızın heyətində Kənan və Kamil Babayevlə yanaşı 12 idmançı çıxış edəcək.
Boksçular Qoriyə bu gün yollanacaqlar. Beynəlxalq turnir iyunun 16-da start götürəcək.
Turnir Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi olaraq təşkil edilir.