Sumqayıtlı idmançı gənc cüdoçular arasında Avropa çempionatında iştirak edəcək. Sumqayıt24 bu barədə 3 sentyabr tarixində Cüdo Federasiyasına istinadən xəbər verir.
Çexiyanın paytaxtı Praqada keçiriləcək yarışda yığmamızın heyətində çıxış edən cüdoçumuz Səbinə Əliyeva 57 kq çəki dərəcəsində mübarizə aparacaq.
Ümumilikdə çempionatda ölkəmizi 13 cüdoçu təmsil edəcək.