Sumqayıt cüdoçusu təltif oluna bilər.
Sumqayit24.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası "Yüksələn Ulduz" adına namizədlər haqqında videoçarx hazırlayıb. Nominantlar arasında idmançımız Nihad Məmişov da yer alıb.
Təmsilçimiz 2024-cü ildə Perunun paytaxtı Limada yeniyetmələr arasında dünya çempionu olub.
Səsvermə yanvarın 10-da başa çatacaq və uğur qazanan cüdoçunun adı açıqlanacaq.