Daha bir Sumqayıtlı cüdoçu - Rövşən Əliyev “Böyük Dəbilqə” turnirinə qatılacaq. Sumqayıt24 bu haqda bu gün, 30 mart tarixində Cüdo Federasiyasına istinadən xəbər verir.
Turnir 4 aprel tarixində, Türkiyənin Antalya şəhərində start götürəcək. Azərbaycan yığmasının heyətində olan Rövşən Əliyev 60 kq çəki dərəcəsində mübarizə aparacaq.
Xatırladaq ki, “Böyük Dəbilqə” turnirində sumqayıtlı idmançı Gültac Məmmədəliyeva da iştirak edəcək.