Sumqayıtlı şagird böyük uğura imza atıb.
Sumqayit24.az-ın məlumatına görə, "Soydaş Uşaqlar" beynəlxalq şahmat turniri keçrilib. Yarışda Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan 16 yaşadək 160 idmançı mübarizə aparıb.
Sumqayıt şəhər 3 nömrəli məktəbin 6-cı sinif şagirdi Eldar Ağacanov bütün rəqiblərini məğlub edib, maksimum bal toplayaraq, birinci yeri tutub.
Qeyd edək ki, Eldar bundan əvvəl bir çox turnirlərdə çempion olub.