top
Sumqayıtlı futbolçu “Real” və “Barselona”nı hədəfə alıb
26 aprel 2023, 06:07
- ↺ +

Sumqayıtlı futbolçu “Real” və “Barselona”nı hədəfə alıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtlı gənc futbolçu “Real Madrid” və ya “Barselona”da oynamaq istəyir. Sumqayıt24 bu haqda 26 aprel tarixində Report.az-a istinadən xəbər verir.

Raul Dadaşov bir neçə aydır ki, İspaniyanın Regional Liqasında mübarizə aparan “Penas Oscenses Club Deportivo”da çıxış edir. Meydana çıxdığı 2 oyunda 5 qol vuran 17 yaşlı mərkəz hücumçusu “Qarabağ”ın U-14, “Sumqayıt”ın isə U-15 və U-17 komandalarında oynayıb.

Gənc idmançı karyerası ilə bağlı sualları cavablandırıb:

- Nə vaxtdan futbolla məşğul olursunuz?

- 17 aprel 2006-cı ildə dünyaya gəlmişəm. 10 ildən çoxdur ki, bu idmanla məşğulam. İlk müəllimim Kənan Kərimov olub. Bura gələnədək də onunla əlavə məşqlər edirdim. “Qarabağ” və son olaraq, “Sumqayıt” klubunda çıxış etmişəm. Martın 20-də İspaniyaya gəldim. Hazırda Hueska şəhərini təmsil edən “Penas Oscenses Club Deportivo”dayam.

- Klubla neçə illik müqavilə imzalamısınız?

- Sözləşmənin müddəti dörd ildir.

- Hazırda 17 yaşınız var. Qarşıdakı hədəfləriniz nədir?

- “Barselona” və ya “Real” (Madrid) kimi klublardan birində oynamağı özümə hədəf kimi müəyyənləşdirmişəm. Bu işi bacaracağıma inanıram.

- İspaniyaya getdikdən sonra Azərbaycandan sizinlə əlaqə saxlayan olubmu?

- İdman barəsində yalnız Kənan Kərimov əlaqə saxlayıb.

Dördüncü divizion olsa da, çempionatın səviyyəsi necədir?

- Demək olar ki, burada bizim Premyer Liqaya bərabər futbol gedir.

- Orada bizim ölkəni tanıyırlarmı? Bu müddətdə hansı çətinliklə üzləşmisiniz?

- Azərbaycanı tanıyan kütlə çox azdır. Bir az dil problemi var. İngilis dilini bilirəm, amma ispanlar bizim kimi, öz dillərini sevirlər.

- Tək yaşamaq 17 yaşlı gənc üçün çətinlik yaradırmı?

- Təbii ki, çətinliklər var. Ancaq bir hədəfim var, ona çatmaq üçün əlimdən gələni etməliyəm.

- Niyə məhz İspaniya?

- Buraya gəlməmişdən əvvəl Türkiyənin “Beşiktaş” klubunun skautları məni bəyənmişdilər, transfer etmək də istəyirdilər. Amma mən İspaniyanı seçdim.

- Aşağı yaş qruplarından ibarət milli komandalarda çıxış etmisinizmi?

- Xeyr. Amma dəvət etmişdilər. Ötən il U-17 ilə Maltaya getmək üçün mənə viza da aldılar. Amma yekunda aparmadılar. Milli komanda ilə bağlı qərarımı gələcəkdə verəcəyəm.

- Niyə aparmadılar?

- O barədə dəqiq nəsə deyə bilmərəm. Özləri bilər.

- Aparmamaqlarında hansısa xüsusi səbəb olub?

- Mənlə bağlı problem yox idi. Sadəcə olaraq, məşqçilərin qərarı belə oldu.

- Milli komanda üçün qərarınızı gələcəkdə verəcəyinizi dediniz. Azərbaycandan başqa, millidə çıxış etmək haqqında düşünürsünüz?

- Məsələn, İspaniya yığmasından təklif gəlsə, hər kəs düşünmədən qəbul edər.

- İspaniya olsa belə, öz ölkənizi seçmək daha düzgün olmazdımı?

- Əlbəttə, doğrudur. Amma məni çağırmırlar və oynamağa şans vermirlər. Sözsüz ki, milli komandanı mən də sevirəm. Təklif gəlsə, qərarlaşdırıb bir cavab verəcəyəm.

- Nəzərə almaq lazımdır ki, hələ 17 yaşınız var. Belə düşünmək üçün tezdir...

- Bəli.

- Adınızın Raul olmasının “Real”ın sabiq futbolçusu Raul Qonsaleslə əlaqəsi varmı?

- Bəli. Atam onun azarkeşi idi. Həmin oyunçunu çox sevdiyi üçün adımı Raul qoyub.

- İspaniyada bu ad sizə əlavə üstünlük verir?

- Bəli. Hamı məni ispan kimi tanıyır (gülür).

- Kumiriniz kimdir?

- Zlatan İbrahimoviç.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Oxşar xəbərlər