Sumqayıtlı karateçi çempion olub.
Sumqayit24.az xəbər verir ki, 15-18 may tarixlərində Rumıniyanın Mureş şəhərində şotakan karate-do üzrə Avropa çempionatı keçirilib. 45 kq çəki dərəcəsində mübarizə aparan Elşən Allahverdi bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, idmançımız beşqat dünya, 12 qat Avropa çempionu, Olimpiya ikincisi Rafael Ağayevin də ilk məşqçisi olduğu Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rafael Məmmədovun yetirməsidir.