Sumqayıtlı gimnastlar Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar. Bu haqda bu gün, 14 mart tarixində Gimnastika Federasiyasının rəsmi Facebook səhifəsinə istinadən xəbər veririk.
Bədii gimnastika üzrə birincilik Milli Gimnastika Arenasında 16-17 mart tarixlərində təşkil olunacaq. Yarışda Sumqayıtla yanaşı, Xırdalan, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı mübarizə aparacaq.
Burada fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, tamaşaçılar yarışları canlı izləmək imkanı əldə edəcəklər.