Sumqayıtlı güləşçi bu gün Avropa çempionatında mübarizə aparacaq. Bu haqda bu gün, 30 mart tarixində Sumgayit24-a istinadən xəbər veririk.
Məlumata əsasən, Azərbaycanı təmsil edən gənc 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirovadır. O, təsnifat mərhələsində Şimonetta Şekerlə (Macarıstan) üz-üzə gələcək.
Avropa çempionatı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.