Sumqayıt idmançısı Rihad İbrahimli beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil edib.
Sumqayit24.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində yunan-Roma güləşi üzrə (U-17) Avropa çempionatı keçirilib. 110 kq çəki dərəcəsində mübarizə aparan Rihad İbrahimli qızıl medal qazanıb.
İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Elman Əliyevdir.